II Liqa klubunda yeni baş məşqçi

  • Bu gün, 14:52

Azərbaycan II Liqasında çıxış edən "Xankəndi" futbol komandasının yeni baş məşqçisi bəlli olub.

Sportlife.az xəbər verir ki, bölgə təmsilçisi Zaur Hacıyevə tapşırılıb. O, bu postda İbrahim Uzuncanı əvəzləyib.

UEFA-nın B kateqoriyalı məşqçi lisenziyasına sahib olan mütəxəssis uzun illər "Qəbələ" Futbol Akademiyasında fəaliyyət göstərib, müxtəlif yaş qrupları ilə ölkə çempionatlarında uğurlar qazanıb və U-19 komandası ilə Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edib.

Zaur Hacıyev son olaraq "Karvan-Yevlax"da köməkçi məşqçi kimi çalışıb.


Paylaş: