Monteneqrolu məşqçi "Qarabağ"a gəlir

  • Bu gün, 14:28

Monteneqronun “Sutyeska” klubunun baş məşqçisi Deyan Yeleniç Azərbaycana gələcək.

Sportlife.az xəbər verir ki, bu barədə 45 yaşlı mütəxəssis “Fudbal fest” verilişində qonaq olarkən bildirib.

O, A kateqoriyalı məşqçi lisenziyası üzrə təhsil çərçivəsində təcrübə keçəcəyini açıqlayıb. Baş məşqçinin sözlərinə görə, bu təcrübənin bir hissəsi Azərbaycan çempionu “Qarabağ” klubunda olacaq: “Peşəkar inkişaf bizim üçün vacibdir. Təcrübə üçün "Qarabağ"a gedəcəyəm. İlk əlaqəni və bütün zəruri məsələlərdə dəstəyi mənə Marko Yankoviç göstərdi. Düşünürəm ki, bu, mənim üçün faydalı olacaq və öyrəndiklərimi daha sonra "Sutyeska"da tətbiq edəcəyəm”.

Qeyd edək ki, “Qarabağ”ın futbolçusu Marko Yankoviç həm də Monteneqro millisinin üzvüdür.


Paylaş: