"Sabah" milli üzvü ilə vidalaşa bilər
Stas Pokatilov "Sabah"dan ayrıla bilər.
Sportlife.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Qazaxıstanlı qolkiper Bakı klubunun heyətində sərgilədiyi parlaq çıxışla Avropa klublarının maraq dairəsinə düşüb.
Pokatilov Premyer Liqanın geridə qalan 16 turunda ümumilikdə 9 qol buraxıb və 8 matçda qapısının toxunulmazlığını qoruyub. Onun bu statistikası ölkəsində Qazaxıstanla yanaşı, Rusiya, Ukrayna kimi ölkələrdə də bəzi klubların diqqətini çəkib.
Qeyd edək ki, Pokatilovun “Sabah”la müqavilə müddəti mövsümün sonuna qədərdir.