Bu klub çempionatdan kənarlaşdırıldı
AFFA "İstiqlal" klubunu Region Liqasından kənarlaşdırıb.
Sportlife.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
28 dekabr 2025-ci il tarixində keçirilməli olan "İstiqlal" – "Sabirabad" oyunu meydan sahiblərinin təyin edilən vaxtda meydanda olmaması səbəbindən baş tutmayıb. Nəticədə "İstiqlal" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.
Eyni hal ardıcıl 3-cü dəfə təkrarlandığı üçün komandanın yarışdan kənarlaşdırılmasına qərar verilib.