"Qəbələ"dən 2-ci qələbə
Azərbaycan Premyer Liqasında çıxış edən "Araz-Naxçıvan" və "Qəbələ" komandaları yoxlama oyununda üz-üzə gəliblər.
Sportlife.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutan matç "qırmızı-qaralar"ın 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 38-ci dəqiqədə Prins Ovusu vurub.
Qeyd edək ki, "Araz-Naxçıvan" daha əvvəl öz əvəzedici komandasına 7 cavabsız qolla qalib gəlib. "Qəbələ" isə "Kəpəz"i 3:1 hesabı ilə üstələyib.