"Haverts üçün çox darıxmışdıq"
"Arsenal"ın baş məşqçisi Mikel Arteta uzunmüddətli zədədən sonra geri qayıdan hücumçu Kay Haverts barəsində danışıb.
Sportlife.az xəbər verir ki, almaniyalı mütəxəssis forvard üçün çox darıxdıqlarını bildirib:
"Bir il futbolda uzun müddətdir, amma dediyiniz kimi, o, yenidən əla formadadır və çox özünəinamlıdır. O qədər ağıllı oyunçudur ki, digər futbolçularla dərhal əlaqə qurur. Komanda yoldaşlarının onu nə qədər sevdiyini görmək olar. Beləliklə, biz onun qayıdışına çox şadıq. Komandaya çox kömək edəcək. İndi sadəcə onu yaxşı formada saxlamalıyıq".
Qeyd edək ki, Haverts İngiltərə Kubokunun üçüncü turunda "Portsmut"la oyunda (4:1) əvəzedici kimi meydana daxil olub.