"Səbail"də yeni futbolçu

  • 22 Yanvar 2026, 14:08

Azərbaycanın I Liqa təmsilçisi "Səbail" dövrələrarası fasilədə heyətini yeni futbolçu ilə gücləndirib.

Sportlife.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı təmsilçisi Qurban Səfərovu heyətinə qatıb.

Son olaraq "Mingəçevir"də çıxış etmiş U-21 millimizin üzvü ilə müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.


Paylaş: