Qriqorçuk sabiq komandasında

  • Bu gün, 10:04

“Qəbələ” və “Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçukun işsiz günləri başa çatıb.

Sportlife.az xəbər verir ki, ukraynalı mütəxəssisin karyerasını ölkəsində davam etdirəcəyi dəqiqləşib.

60 yaşlı çalışdırıcı keçmiş komandası “Çernomorets”lə anlaşıb. Aleksandr Kuçeri yenicə istefaya göndərən odessalılar Qriqorçukla müqavilənin bütün detallarını razılaşdırıb. “Çernomorets”in təyinatı bu gün açıqlaması gözlənilir.

Prosesin bir neçə günlük gecikməsi də istisna deyil. Bu, Kuçerə verilməli olan təzminatın ödənilmə mexanizmindən asılıdır. Ona artıq bir neçə aylıq məvacib ödənilib. Hüquqi məsələ həllini tapan kimi Qriqorçuk rəsmən komandanın “sükanı arxasına” keçəcək.

Qeyd edək ki, Roman Qriqorçuk 2015-2018-ci illərdə “Qəbələ”yə, 2024-cü ildə “Neftçi”yə rəhbərlik edib.


Paylaş: