Klub rəhbərlərini tənqid etdi

  • Bu gün, 16:52

"Bayer" və "Mançester Yunayted"in keçmiş baş məşqçisi Erik ten Haq klub sahiblərinin müasir futboldakı rolunu tənqid edib.

Sportlife.az xəbər verir ki, niderlandlı mütəxəssis vəziyyətin getdikcə daha da kəskinləşdiyini bildirib:

"Getdikcə daha çox klub sahibi özləri üçün ad qazanmaq istəyir. Onların ümumiyyətlə futbol haqqında az anlayışı var. Texniki direktorlar da tez-tez nəticələr qənaətbəxş olmadıqda əlverişli şəraitə əsaslanaraq qərarlar verirlər".

Qeyd edək ki, Erik ten Haq hazırda Niderlandın "Tvente" klubunda texniki direktor vəzifəsində çalışır.


Paylaş: