Qurbanov və Alonso yenidən üz-üzə?

  • Bu gün, 18:31

Bir neçə gün öncə İspaniyanın "Real" klubundan ayrılan Xabi Alonso UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan İngiltərə “Liverpul”unun baş məşqçisi ola bilər.

Sportlife.az xəbər verir ki, bukmeykerlərin fikrincə, ispaniyalı mütəxəssisin Arne Slotu əvəzləmək ehtimalı yüksək, yəni 2.37-dir.

Alonsonun vaxtilə futbolçu kimi çıxış etdiyi Bundesliqaya, konkret olaraq “Bavariya”ya qayıdışı isə 6.50 əmsalı ilə qiymətləndirilir.

Xabi Alonso “Mançester Yunayted”i yenidən əvvəlki səviyyəyə qaytarmağa razılaşsa, bu seçim üçün əmsal 9.00 təşkil edir. “Tottenhem” variantı isə bir qədər az ehtimallı sayılır -10.00.

Daha sonra “Mançester Siti” (13.00), PSJ (15.00), “Nyukasl” (19.00), “Bayer” və İngiltərə millisi (hər ikisi 21.00) gəlir.

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-də İngiltərənin "Enfild" stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


Paylaş: