Azərbaycanlı futbolçu ilə yeni müqavilə
Rusiyanın "Dinamo" (Moskva) klubu futbolçusu Ülvi Babayevlə müqavilənin müddətini uzadıb.
Sportlife.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, əslən azərbaycanlı olan 21 hücumçu ilə 2029-cu ilin yayınadək yeni anlaşma əldə olunub.
Sözləşmədə daha 1 mövsüm uzatma opsiyası da nəzərdə tutulub.
Qeyd edək ki, “Dinamo"nun yetirməsi olan Ülvi Babayev əsas komandanın heyətində bütün turnirlərdə ümumilikdə 16 oyuna çıxıb və 5 qol vurub. Onunla Moskva “Spartak”ının maraqlandığı bildirilirdi.