Yannis "açdı sandığı, tökdü pambığı"

  • 24 Fevral 2024, 11:22

“Miluoke Baks”ın forvardı və lideri Yannis Adetokunbo etiraf edib ki, o, NBA-nın siması olmaq və mümkün qədər çox şəxsi mükafatlar qazanmaq üçün səy göstərmir.

Sportlife.az xəbər verir ki, "Clutch Points" 29 yaşlı oyunçunun sözlərinə bu cür yer verib. ”Mən həqiqətən NBA-nın siması, All-Star MVP və ya ən yaxşısı olmaqdan imtina edirəm. Uşaqlarımı məktəbə aparanda müəllimlər mənə ən yaxşı basketbolçu olduğumu demirlər. Mən sadəcə real dünyada yaşamaq istəyirəm, həyatımı düzgün yaşamağa çalışıram. Mən əldə etdiklərimdən və Allahın mənə bəxş etdiklərindən çox xoşbəxtəm. Bu, inanılmaz bir səyahətdir. Uşaqlarımın, qardaşlarımın, bütün ailəmin həyatını dəyişə bilərəm, onlara məndən daha yaxşı təhsil almağa şərait yarada bilərəm. NBA-nın siması olmaq istəyirəm? Nəyə görə ? Yaxşı NBA-nın siması oldum, sonra nə olacaq? Ən yaxşı basketbolçu? Bu nə deməkdir? Bu, heç nə demək deyil. Mən bunu istəmirəm. Mən sakit öz həyatımı yaşamaq istəyirəm”.

Qeyd edək ki, Yannis son olaraq "NBA All-Star" qarşılaşmasında Şərq komandasının heyətində 23 xal, 7 ribaund, 1 asistlik performansla diqqət çəkib.


Paylaş: