Futbolçusu "Liverpul"un problemini açıqladı
"Liverpul"un yarımmüdafiəçisi Rayan Qravenberx komandadakı problemin əsas səbəbini açıqlayıb.
Sportlife.az xəbər verir ki, futbolçu bunu çox qol buraxmaqları ilə əlaqələndirib:
"Hazırda əsas problemimiz budur. Hələ də ən yaxşı komanda olduğumuzu bilirik, amma işlər hələ planlaşdırıldığı kimi getmir. Çətin bir dövrdən keçirik.
PSV ilə oyunun nəticəsi? Məğlubiyyətə görə məyusuq. Düşünürəm ki, ilk hissədə yaxşı oynadıq. Amma ikinci hissədə hər şey səhv getdi. Söz tapmaq çətindir. Pis formadayıq, vəssalam".
Qeyd edək ki, "Liverpul" Çempionlar Liqasının son turunda evdə PSV-ə 1:4 hesabı ilə məğlub olub.