Noyer səhvini etiraf etdi
"Bavariya"nın qapıçısı Manuel Noyer Çempionlar Liqasının 5-ci turunda "Arsenal"a 1:3 hesabı ilə uduzduqları oyunda etdiyi kobud səhvdən danışıb.
Sportlife.az xəbər verir ki, qolkiper uduzanda daha çox risk etmək lazım olduğunu bildirib:
"Martinellinin Kimmixlə yanaşı qaçdığını gördüm. Rəqib bir az daha sürətli idi. Bilirdim ki, bu, təkbətək vəziyyətə gətirib çıxaracaq və onlara əla şans verəcək. Topu qabaqlamağa çalışdım, amma Martinelli vəziyyətin öhdəsindən yaxşı gəldi. Onun ilk toxunuşu həlledici oldu".
76-cı dəqiqədə almaniyalı qapıçı "Arsenal"ın əks-hücumunun qarşısımı almağa çalışarkən Qabriel Martinelli ilə dueldən məğlub ayrılıb.