Elvin Məmmədov istefa verdi
Bu gün I Liqanın IX turu çərçivəsində“ASCO Arena”da “Cəbrayıl” oyundan sonra “Səbail"in İdarə Heyətinin iclası keçirilib.
Sportlife.az xəbər verir ki, toplantıda İdarə Heyətinin üzvləri ilə yanaşı, klubun məşqçi heyəti də iştirak edib və mövsümün əvvəlindən bu günə qədər keçirilmiş oyunların nəticələri müzakirə olunub, müsbət və mənfi məqamlar qeyd olunub.
İclasda baş məşqçi Elvin Məmmədovun hesabatı dinlənilib. Toplantının sonunda çalışdırıcının istəyinə əsasən, baş məşqçi və köməkçiləri ilə klub arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.