Avropa çempionu 4 ay sonra qovuldu

  • Bu gün, 18:29

"Anadolu Efes"in baş məşqçisi İqor Kokoskov təyinatından 4 ay sonra vəzifəsindən azad edilib.

Sportlife.az xəbər verir ki, buna komandanın uğursuz çıxışı səbəb olub. Belə ki, Türkiyə klubu bu mövsüm Avroliqada 13 oyunda 5 qələbə və 8 məğlubiyyətlə 14-cü yerdədir.

Mütəxəssis iyulda "Anadolu Efes"lə 3 illik müqavilə imzalamışdı.

53 yaşlı məşqçi son iki mövsümü NBA-da "Atlanta Hoks"da Kuinn Snayderin köməkçisi kimi keçirdikdən sonra Türkiyəyə gəlmişdi.

O, həmçinin Sloveniyanı 2017-ci ildə Avropa çempionu edib. 2020/21 mövsümündə "Fənərbağça"nı çalışdırıb.


Paylaş: