PSJ-dən tarixi göstərici
PSJ Çempionlar Liqasının V turunda "Tottenhem"i 5:3 hesabı ilə məğlub edib.
Sportlife.az xəbər verir ki, bu, Fransa komandasının cari ildə turnirdə 13-cü qələbəsi olub.
Parislilər bununla da 1 təqvim ilində ÇL-də ən çox qələbə rekordunu yeniləyib. Əvvəlki ən yaxşı nəticəni 2001-ci ildə "Bavariya", 2014-cü ildə isə "Real"əldə etmişdi - 12.
PSJ, həm də Çempionlar Liqasında İngiltərə klubuna 5 qol vuran ilk Fransa təmsilçisi olub.