DÇ-2026: 2 milyon bilet satıldı
FIFA DÇ-2026-nın oyunları üçün 2 milyon biletin satıldığını elan edib.
Sportlife.az xəbər verir ki, biletlərin qiyməti 60 dollardan 6730 dollara qədər dəyişir.
Dünya çempionatı 11 iyun - 19 iyul 2026-cı il tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə ilk dəfə olaraq 48 milli komanda iştirak edəcək.