Levandovski Ramosa yaxınlaşdı
"Barselona" Çempionlar Liqasının 7-ci tur matçında "Slaviya"nı 4:2 hesabı ilə məğlub edib.
Sportlife.az xəbər verir ki, Kataloniya klubunun qollarından birini Robert Levandovski vurub.
Polşalı forvard Çempionlar Liqası matçında fərqlənən ikinci ən yaşlı (37 yaş 153 günlük) La Liqa oyunçusu olub.
Bu göstəricidə ilk pillədə "Sevilya"nın sabiq müdafiəçisi Serxio Ramos (37 yaş 257 gün) qərarlaşıb.