
"Mançester Siti"yə qarşı oynaya biləcək
"Real"ın zədəli futbolçusu Abtonio Rudigerin durumuna aydınlıq gəlib.
Sportlife.az xəbər verir ki, almaniyalı müdafiəçi Çempionlar Liqasının pley-off mərhələsində "Mançester Siti"yə qarşı cavab oyununda iştirak edə biləcək.
Qeyd edək ki, qarşılaşma fevralın 19-da Madriddə keçiriləcək. İlk matçda "kral klubu" 3:2 hesablı qələbə qazanıb.