"Qarabağ" qazandı, Azərbaycan irəlilədi

  • 22 Yanvar 2026, 11:27

“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda Almaniyanın “Ayntraxt Frankfurt” klubu üzərində qazandığı qələbə (3:2) Azərbaycanın UEFA reytinqindəki mövqeyini yaxşılaşdırıb.

Sportlife.az xəbər verir ki, bu qələbə sayəsində ölkəmizin aktivinə daha 0.500 xal əlavə olunub.

Bununla da xallarını 22.750-yə çatdıran Azərbaycan bir pillə irəliləyərək 27-ci olan Slovakiyanı (22.375) geridə qoyub.

Reytinq cədvəlinin 26-cı pilləsində isə 22.843 xalla Sloveniya qərarlaşıb.

Qeyd edək ki, Slovakiya təmsilçiləri artıq avrokuboklarda mübarizəni dayandırdıqları üçün onların xallarının artmaq ehtimalı yoxdur.


Paylaş:

ESC düyməsini sıxaraq çıxa bilərsiz