
Olimpiya çempionlarımız Peruya gedir
Azərbaycanın olimpiya çempionu olan cüdoçuları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Perunun paytaxtı Limada keçiriləcək Qran-pri turnirinə qatılacaqlar.
Sportlife.az xəbər verir ki, yarışda kişilərdən ibarət millinin baş məşqçisi Riçard Trautman, böyük məşqçi Elxan Məmmədov və qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatifin başçılığı altında 9 çəki dərəcəsində 17 cüdoçu (14 kişi, 3 qadın) mübarizə aparacaq.
Turan Bayramov, Əhməd Yusifov (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq) Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Vüsal Qələndərzadə, Ömər Rəcəbli (hər ikisi 81 kq), Vüqar Talıbov, Murad Fətiyev (hər ikisi 90 kq), Zelim Kotsoyev, Əjdər Bağırov (hər ikisi 100 kq), Uşanqi Kokauri, Kənan Nəsibov (hər ikisi +100 kq), Könül Əliyev (48 kq), Xədicə Qədəşova, Aydan Vəliyeva (hər ikisi 52 kq) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, yarış oktyabrın 11-13-də baş tutacaq.