
İlk milyerder futbolçu
"Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldu ilk milyarder futbolçu olub.
Sportlife.az xəbər verir ki, portuqaliyalı forvardın sərvəti 1,4 milyard dollar olaraq qiymətləndirilir. 40 yaşlı futbolçunun ərəb klubu ilə hazırkı müqaviləsi 400 milyon dollar dəyərindədir.
Qeyd edək ki, bu mövsüm portuqaliyalı forvard altı oyuna çıxıb, beş qol vurub və bir məhsuldar ötürmə edib. Onun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin yayına kimidir.