"Liverpul"un futbolçusu zədələndi

  • Dünən, 17:51

"Liverpul"un yarımmüdafiəçisi Vataru Endo Premyer Liqanın 7-ci turunun "Çelsi" ilə oyununda (1:2) zədələnib.

Sportlife.az xəbər verir ki, yaponiyalı futbolçu bu səbəbdən yığmanın heyətindən də çıxarılıb.

32 yaşlı oyunçu "Çelsi" ilə görüşün 86-cı dəqiqəsində əvəzlənib. Zədənin xarakteri dəqiq deyil.

Endo bu mövsüm 4 matçda meydana çıxıb. O, millidə 71 oyuna 4 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Yaponiya millisi oktyabrın 10-da Paraqvayla, oktyabrın 14-də isə Braziliya ilə yoldaşlıq oyunu keçirəcək.


Paylaş: