
Cerrard sabiq klubuna qayıdır
“Reyncers” rəhbərliyi Stiven Cerrardı yenidən baş məşqçi postuna qaytarmaq istəyir.
Sportlife.az xəbər verir ki, Şotlandiya klubu artıq 45 yaşlı mütəxəssisə təklifl göndərib. Tərəflər arasında danışıqlar davam edir. Klub Cerrardın cavabını gözləyir.
Qeyd edək ki, Cerrard 2025-ci ilin yanvarında “Əl-İttifaq”ın baş məşqçisi vəzifəsini tərk edib və hazırda azad agent statusundadır.
O, 2018-2021-ci illərdə “Reyncers”i çalışdırıb və 192 matçda komandaya rəhbərlik edib.