
Militao karyerasını bitirmək istəyirmiş
"Real"ın və Braziliya millisinin müdafiəçisi Eder Militao ciddi zədələrə görə karyerasını bitirmək fikrində olduğunu etiraf edib.
Sportlife.az xəbər verir ki, futbolçu bu barədə deyib:
"İkinci zədədən sonra beynimdən çoxlu fikirlər keçdi. Təqaüdə çıxmaq barədə düşündüm, çünki bu, asan deyil, amma həyat yoldaşım, qızım və komanda yoldaşlarımın dəstəyi ilə buradayam və oynamağa hazıram".