Sabiq "Barselona"lı karyerasını bitirir

  • Dünən, 13:57

"İnter Mayami"nin müdafiəçisi Jordi Alba cari mövsümün sonunda futbolla vidalaşacağını açıqlayıb.

Sportlife.az xəbər verir ki, 36 yaşlı futbolçu karyerasını bitirmək qərarına gəlib.

Bu mövsüm o, Mayami təmsilçisinin heyətində 37 oyun keçirib, 6 qol vurub və 10 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Reqilon 2012-2023-cü illərdə İspaniyanın "Barselona" klubunda çıxış edib və Çempionlar Liqası, FIFA klublararası dünya çempionatı da daxil olmaqla 18 kubok qazanıb. O, həmçinin "Valensiya" və "Ximnastik"də də oynayıb.

Alba İspaniya millisinin heyətində 93 oyun keçirib, 10 qol vurub və Avropa çempionu titulunu qazanıb.


Paylaş: