
İspan məşqçi sabiq klubuna qayıtdı
Xavi Qrasiya "Uotford"a baş məşqçi təyin olunub.
Sportlife.az xəbər verir ki, 55 yaşlı ispan çalışdırıcı Paulo Pezzolanonu əvəzləyib. “Uotford” hazırda 9 matçdan sonra turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Qrasiya daha əvvəl - 2018-ci ilin yanvarından 2019-cu ilin sentyabrına kimi də “Uotford”u çalışdırıb. 55 yaşlı məşqçi “Valensiya”, “Malaqa”, “Əl Sədd”, “Lids” və digər klublarda da işləyib.