
"Real"a keçdiyi üçün tənqid olundu
"Liverpul"un əfsanəvi futbolçusu Stiven Cerrard Trent Alexander-Arnoldun "Real"a keçidini tənqid edib.
Sportlife.az xəbər verir ki, veteran yarımmüdafiəçi bunları deyib:
"Mən bunu etməzdim. Düşünürəm ki, o, böyük risk etdi. İnanılmaz dərəcədə yaxşı oyunçudur, çox istedadlıdır. İndiyə qədər gördüyüm ən yaxşı assistentlərdən biridir. Ən yaxşı illərini keçirdiyi "Liverpul"dan ayrıldı. Ümid edirəm ki, bu, onun üçün yaxşı nəticə verəcək, çünki Trenti çox sevirəm".