
Almaniyalı mütəxəssis "Monako"ya "yox" dedi
"Monako"nun prezidenti Dmitri Rıbolovlev artıq Adi Hütterin baş məşqçi olmasını istəmir.
Sportlife.az xəbər verir ki, Edin Terziç avstriyalının yerinə əsas namizəd olub, lakin 42 yaşlı alman fransızların təklifini rədd edib.
"Monako" rəhbərliyi ötən il "Yuventus"dan ayrıldıqdan sonra klubsuz qalan Tiaqo Mottanın nümayəndələri ilə də danışıqlar aparır.
Qeyd edək ki, komanda 7 oyundan sonra 15 xalla Fransa A Seriyasında 5-ci yerdədir.