
"Liverpul"un oyunlarına baxa bilmirdim"
"Brentford"un yarımmüdafiəçisi Cordan Henderson "Liverpul"dan ayrıldıqdan sonrakı dövrlə bağlı danışıb.
Sportlife.az xəbər verir ki, futbolçu həmin vaxt çətin günlər keçirdiyini bildirib:
"Orada çox vaxt keçirdim - 12 il. "Liverpul"dan ayrılmaq çox böyük və çətin sınaq idi. Klubdan ayrıldıqdan sonra oyunlarına baxa bilmirdim. Bu, ayrılıq həyatımda çox hiss olunurdu".
İngilis futbolçu 2011-ci ildən 2023-cü ilə qədər "Liverpul"da oynayıb.