
"Tottenhem"dən ayrıldı, MLS-ə köçür
"Tottenhem"in keçmiş müdafiəçisi Serxio Reqilon karyerasını MLS-də davam etdirəcək.
Sportlife.az xəbər verir ki, 28 yaşlı ispan futbolçu ilə "İnter Mayami" arasında müqavilənin şərtləri artıq razılaşdırılıb.
Müqavilənin 2028-ci il mövsümünün sonuna qədər nəzərdə tutulduğu bildirilir.
Qeyd edək ki, futbolçu "Tottenhem"dən ötən yay ayrılıb və hazırda azad agent statusundadır.