Kompani Qvardiolanı keçə bilmədi

  • Dünən, 15:49

"Bavariya"nın baş məşqçisi Vensan Kompani Münhen klubunu çalışdırdığı müddətdə Bundesliqadakı xallarını 100-ə çatdırıb.

Sportlife.az xəbər verir ki, belçikalı mütəxəssis bu uğura 40-cı oyununda - "Ayntraxt" üzərində 3:0 hesablı qələbə sayəsində nail olub.

Opta-nın məlumatına görə, "Bavariya"nın sükanı arxasında yalnız Xosep Qvardiola (39 oyun) 100 xala ən tez çatan baş məşqçi olub.

Kompani bu göstərici ilə Hansi Flikin nailiyyətini təkrarlayıb, Xabi Alonsonu (47 oyun) isə ötüb.


Paylaş: