Bo Nikal - Kodi Brundac dueli

  • 12 Aprel 2024, 17:18

Amerikalı orta çəkili Bo Nikal aprelin 14-nə keçən gecə Las-Veqasda "UFC 300"də həmyerlisi Kodi Brundac ilə döyüşəcək.

Sportlife.az xəbər verir ki, onların "T-Mobile Arena" idman kompleksindəki döyüşü Bakı vaxtı ilə saat 06:00 radələrində başlayacaq.

28 yaşlı Nikal qarışıq döyüş növləri üzrə beş döyüşdə beş qələbə qazanıb. Amerikalı sonuncu döyüşü 8 iyul 2023-cü ildə keçirib. Sonra "UFC 290" turnirində Bo texniki nokautla Valentin Vudburnu məğlub edib.

29 yaşlı Brundac MMA-də yeddi qələbə və altı məğlubiyyətə sahibdir. Onun son döyüşü 2 dekabr 2023-cü ildə UFC-də !ESPN 52"də baş tutub. Kodi ilk raundda Zak Rizi nokaut edib.


Paylaş: