Alonsodan Modriç qərarı

  • Bu gün, 11:12

Yaxın vaxtlarda "Real"ın sükanı arxasına keçəcəyi gözlənilən Xabi Alonso Luka Modriçin komandada qalmasını istəyir.

Sportlife.az xəbər verir ki, mütəxəssis rəhbərliklə söhbətində bu profilli futbolçunun komandaya faydalı olacağını düşünür.

Xorvatiyalı oyunçunun gələcəyi ilə bağlı qərarı klub verəcək. Lakin Alonsonun fikri vəziyyətin həllinə böyük təsir göstərə bilər.

Modriçin hazırkı müqaviləsi bu yay başa çatacaq. O, 2012-ci ildən "kral klubu"nda oynayır.


Paylaş: