"Barselona" onunla vidalaşmağı düşünür
"Barselona" Andreas Kristenseni yanvar ayında satmağı düşünür.
Sportlife.az insayder Rudi Qalettiyə istinadən xəbər verir ki, katalon klubu Dani Olmonu qeydiyyat keçirə bilmək üçün danimarkalı müdafiəçini 30 milyon avroya satacaq.
"İnter", "Yuventus" və İngiltərə klubları onunla maraqlanır.
Kristensen zədəsinə görə bu mövsüm cəmi bir oyunda meydanda olub.