"Barselona"nın futbolçusu öldürüldü
Ekvadorun "Barselona" klubunun müdafiəçisi Mario Pineyda silahlı hücuma məruz qalıb.
Sportlife.az xəbər verir ki, 33 yaşlı futbolçu həyat yoldaşı ilə birlikdə küçədə güllələnərək qətlə yetirilib.
Marionun anası isə hadisə nəticəsində yaralanıb.
Pineyda 2016-cı ildən "Barselona"da çıxış edirdi.