"Bavariya" "Liverpul"a 52 milyon təklif etdi

  • Bu gün, 11:06

"Liverpul"un vingeri Luis Dias karyerasını "Bavariya"da davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, Münhen klubu 28 yaşlı kolumbiyalı üçün 52 milyon avro təklif edib. Daha əvvəl futbolçunun şəxsi müqaviləsinin şərtlərinə razı olduğu bildirilirdi.

Dias ötən mövsüm 50 oyuna çıxıb, 17 qol vurub və 8 məhsuldar ötürmə edib.


Paylaş: