
"Napoli" argentinalıdan əl çəkmir
"Napoli" hələ də "Mançester Yunayted"in hücumçusu Alexandro Qarnaço ilə maraqlanır.
Sportlife.az xəbər verir ki, İtaliya klubu 20 yaşlı argentinalını 45 milyon funt-sterlinqə almaq istəyir.
Futbolçunun "Mançester Yunayted"lə hazırkı müqaviləsi 2028-ci ilə qədərdir. Qiyməti isə 45 milyon avrodur.
Ötən mövsümdə Qarnaço 58 matçda iştirak edib, 11 qol vurub və 10 məhsuldar ötürmə edib.