Bellinqem əməliyyat olunacaq

  • Bu gün, 10:48

"Real"ın yarımmüdafiəçisi Cud Bellinqem mövsümlərarası fasilədə çiynindən əməliyyat olunacaq.

Sportlife.az xəbər verir ki, 21 yaşlı futbolçu 2023-cü ildən braketlə oynayırdı. Əməliyyatın iyunun 15-dən iyulun 13-dək davam edəcək klublararası dünya çempionatı başa çatdıqdan sonra baş tutacağı gözlənilir. Yarımmüdafiəçinin sağalması təxminən 3 aya yaxın vaxt aparacaq.

Bellinqem bu mövsüm 51 oyun keçirib, 14 qol vurub və 14 məhsuldar ötürmə edib.


Paylaş: