
Caka kapitan oldu
"Sanderlend"in sahibi Kiril Lui-Dreyfus şəxsən Qranit Cakanı "Bayer"dən ingilis klubuna keçməyə razı salıb.
Sportlife.az xəbər verir ki, 32 yaşlı isveçrəli İngiltərə klubunda həftəlik 75 min funt sterlinq maaş alacaq və həm də komandanın yeni kapitanı olacaq.
Daha əvvəl insayder Fabrisio Romano "Bayer"in baş məşqçisi Erik ten Haqın futbolçunun getməsinə qarşı olmasına baxmayaraq, "Sanderlend"in Caka üçün 20 milyon avro ödədiyini bildirib.
2024/25 mövsümündə Caka 49 matçda iştirak edib, 2 qol vurub və 7 məhsuldar ötürmə edib.