De Bruynenin heykəli ucaldılacaq

  • Bu gün, 11:30

"Mançester Siti" mövsümün sonunda komandanı tərk edəcək Kevin De Bruynenin heykəlini "Etihad" stadionunun qarşısında qoymağı planlaşdırır.

Sportlife.az xəbər verir ki, klubun açıqlamasında bunun belçikalı futbolçunun komandaya xidmətlərinə görə ediləcəyi bildirilib. 

33 yaşlı yarımmüdafiəçinin "Mançester Siti" ilə müqaviləsi iyunun 30-da başa çatacaq. De Bruyne "Siti"nin heyətində 421 oyun keçirib, 108 qol vurub və 177 məhsuldar ötürmə edib.


Paylaş: