Diakabi zədələndi

  • 3 Mart 2024, 15:27

"Valensiya"nın mətbuat xidməti rəsmi saytında İspaniya çempionatının 27-ci turunun "Real"la oyununda (2:2) müdafiəçi Muktar Diakabinin zədəsinin təfərrüatlarını açıqlayıb.

Sportlife.az xəbər verir ki, klub nümayəndələrinin açıqlamasına görə, futbolçunun sağ dizində çıxıq yaranıb. İlkin tibbi yardım göstərildikdən sonra 27 yaşlı qvineyalı növbəti tibbi müayinə üçün xəstəxanaya aparılıb.

Matçın 86-cı dəqiqəsində Madrid klubunun yarımmüdafiəçisi Aurelien Tçuameni yıxılarkən Diakabinin dizi ilə toqquşub. Futbolçu meydandan xərəkdə aparılıb.


Paylaş: