İkardi 120 milyona "yox" dedi
"Qalatasaray"ın hücumçusu Mauro İkardi 2023-cü ilin yayında Səudiyyə Ərəbistanından gələn təklifi rədd edib.
Sportlife.az xəbər verir ki, 3 illik müqavilənin dəyəri 120 milyon avrodan çox idi.
Oyunçunun agenti Corc Hardinin sözlərinə görə, İkardi azarkeşlərin sevgisini hiss etdiyi və klubda qalmağa qərar verdiyi üçün Səudiyyə Ərəbistanından gələn təklifə "yox" deyib.
32 yaşlı futbolçu bu mövsüm Superliqada 11 oyuna 6 qol vurub. Argentinalının İstanbul klubu ilə müqaviləsi gələn yay başa çatır.