İranlı futbolçu "İnter"lə razılaşdı
"Portu"nun hücumçusu Mehdi Taremi 2024-cü ilin yayında "İnter"ə keçəcək.
Sportlife.az insayder Fabrizio Romanoya istinadla xəbər verir ki, Neradzurri iranlı ilə 2026-cı ilin yayına qədər müqavilə imzalamaq üçün bir mövsüm uzatma variantı ilə razılaşıb.
31 yaşlı forvard azad agent kimi "İnter"ə keçəcək. Onun "Portu" ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.