Klopp İtaliyada işləyə bilər

  • Bu gün, 11:36

Alman mütəxəssis Yurgen Klopp İtaliyada işləyə bilər.

Sportlife.az xəbər verir ki, 57 yaşlı mütəxəssis yeni mövsümdə “Roma”nı çalışdırmağa yaxındır. Klopp bunun üçün "Red Bull" sistemindəki işini tərk etməyə hazırdır.

Qeyd edək ki, "Roma"ya rəhbərlik edən Klaudio Ranyeri mövsümün sonunda komandadan ayrılacaq.

Klopp 2015-2024-cü illərdə "Liverpul"u çalışdırıb. Bundan əvvəl isə almaniyalı 2008-2015-ci illərdə "Borussiya"da işləyib.


Paylaş: