"Liverpul"un qolkiperi zədəsini sağaldıb

  • 9 Dekabr 2024, 23:44

"Liverpul"un qolkiperi Alisson Bekker zədəsini sağaldıb.

Sportlife.az xəbər verir ki, bu barədə Mersisayd klubunun baş məşqçisi Arne Slot məlumat verib. O, braziliyalı qapıçının sabah keçiriləcək "Jirona" ilə matçda oynamağa hazır olduğunu bildirib.

Xatırladaq ki, Çempionlar Liqasının Liqa mərhələsinin VI tur görüşü olan"Jirona" - "Liverpul" oyunu sabah Bakı vaxtıyla 21:45-də başlayacaq.


Paylaş: