
"Mançester Yunayted" Ronaldo barədə ciddi tədbirlər gördü
"Mançester Yunayted" Kriştiano Ronaldonun müsahibə verməsi ilə bağlı ciddi addımlar atıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bəyanatda deyilir: "Mançester Yunayted" Kriştiano Ronaldonun son müsahibəsinə cavab olaraq bu səhər uyğun addımlar atıb. Proses başa çatana qədər əlavə şərh verilməyəcək".
İngiltərə klubunun 37 yaşlı hücumçunu komandadan qovmaq üçün tədbir gördüyü bildirilir.
Qeyd edək ki, portuqaliyalı ulduz Pyers Morqana verdiyi müsahibədə "Mançester Yunayted" klubunu, rəhbərliyi və baş məşqçi Erik Ten Haqı sərt tənqid edib.