"Mən hələ də uğura acam"

  • Dünən, 12:40

"Bavariya"nın qapıçısı Manuel Noyer Münhen klubu ilə müqaviləsini uzatmasından danışıb.

Sportlife.az xəbər verir ki, qolkiper komandada qaldığı üçün sevincli olduğunu bildirib:

"Oyundan çox zövq alıram və karyeramı burada başa vurmaq istəyirəm. Mən hələ də uğura acam. Rəhbərliklə həmişə yaxşı münasibətimiz olub. Bu, gözəl hissdir. Bizim birlikdə əldə edəcəyimiz hələ çox şey var".


Paylaş: