Noyer Almaniya millisinə qayıda bilər

  • 3 Dekabr 2023, 12:20

Manuel Noyerin yaxın vaxtlarda milliyə qayıtmaq üçün hər şansı var.

Sportlife.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Almaniya yığmasının baş məşqçisi Julian Nagelsmann bildirib.

"Bavariya"nın qapıçısı oktyabrın sonuna kimi keçənilki zədəsini sağaldıb.

Xatırladaq ki, qarşıdan gələn Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirin ev sahibi Şotlandiya, Macarıstan və İsveçrə komandalarının da yer aldığı A qrupunda mübarizə aparacaq.


Paylaş: